ABŞ-da məhkəmə 32 il əvvəl uşaqlarının gözü qarşısında qadına təcavüz edən Virciniya ştatından olan kişini mühakimə edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, 1992-ci il mayın 5-nə keçən gecə naməlum şəxs Norfolk sakininin evinin pəncərəsinə girərək onu zorlayıb. Təcavüzkar bundan sonra qaçmağı bacarıb. Zərərçəkən onu tanıya bilməyib. Cinayət yerində dəlillər, o cümlədən bioloji materiallar toplansa da, heç bir nəticə verməyib.
2022-ci ildə təcavüzkarın DNT-si təkrar sınaq üçün göndərilib. 2023-cü ilin noyabrında araşdırmanın nəticələri hazırda 56 yaşında olan Vernon Lorenzo Geyi diqqət mərkəzinə gətirib. Tutulan cinayətkar zərərçəkmişlə evində intim münasibətdə olduğunu etiraf etsə də, bunun qarşılıqlı razılıq əsasında olduğunu bildirib. Qadın isə israrla Geyi tanımadığını deyib.
Sentyabrın 25-də həmin şəxs evə qanunsuz daxil olmaqda və zorlamada təqsirli bilinib.
Yekun hökm dekabrın 20-də veriləcək.