İranın ali dini lideri Ayətullah Əli Xamenei Livan şiə “Hizbullah” hərəkatının baş katibi Həsən Nəsrullaha bir neçə gün əvvəldən İsrailin onu məhv etmək planları barədə xəbərdarlıq edib.
Lent.az bildirir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
“Xamenei insidentdən bir neçə gün əvvəl Nəsrullaha mesaj göndərərək onu sentyabrın 17-də ölkə boyu peycer partlayışlarından dərhal sonra Livanı tərk edərək İrana getməyə razı salmağa çalışıb”, - agentlik xəbər verir.
Materialın müəllifləri əlavə ediblər ki, “Hizbullah”ın baş katibi Beyrutu tərk etməyib, çünki o, öz təhlükəsizliyinə və ətrafındakı insanlara arxayın olub.
Sentyabrın 28-də Nəsrullah İsrailin Beyruta endirdiyi zərbədən sağ çıxa bilməyib.