İTV-yə bu seriala görə XƏBƏRDARLIQ
20 noyabr 2024 17:23 (UTC +04:00)

İTV-yə bu seriala görə XƏBƏRDARLIQ

Noyabrın 20-də Audiovizual Şuranın növbədənkənar onlayn iclası keçirilib.

Audiovizual Şuradan Lent.az-a bildirilib ki, iclas "İTV" kanalında yayımlanan "Vətəndaş A" serialında personajların səsləndirdiyi qeyri-etik sözlərin efirə verilməsi ilə bağlı məsələyə həsr olunub.

Müzakirə zamanı qeyd olunub ki, serialın yayımı zamanı personajların səsləndirdiyi qeyri-etik sözlərin efirə verilməsinin qarşısı yayımçı tərəfindən texniki üsullarla alınmamış və bununla da, “Media haqqında” qanunun 14.1.6-cı maddəsinin tələbi (əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir) pozulub.

Müzakirələrin nəticəsi olaraq Audiovizual Şura bir daha bu cür halın təkrarlanacağı təqdirdə inzibati sanksiyanın tətbiq ediləcəyi ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkətinə xəbərdarlıq edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1683
avatar

Oxşar yazılar