Qapısı  döyüldü:   kameradan gördüyü mənzərədən şoka düşdü
21 aprel 2025 18:53 (UTC +04:00)

Qapısı döyüldü: kameradan gördüyü mənzərədən şoka düşdü

ABŞ-da maraqlı və narahatedici hadisə baş verib. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, qapısının döyülməsini eşidən kişi təhlükəsizlik kamerasından baxanda böyük sürprizlə üzləşib: Qapıda iki timsah olduğunu görüb.

Hadisənin görüntüləri qısa zamanda sosial mediada yayılıb və böyük səs-küyə səbəb olub.

Timsahlardan birinin evin girişinə yaxınlaşaraq qapını açmağa çalışdığı görüntülər diqqət çəkib. Hadisədən sonra ev sahibi vəziyyəti səlahiyyətlilərə çatdırıb və timsahlar nəzarət altında ərazidən uzaqlaşdırılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 662

Oxşar yazılar