14 yaşlı qız  tualetdə doğduğu körpəni   zibil qutusuna atdı
21 aprel 2025 19:59 (UTC +04:00)

14 yaşlı qız tualetdə doğduğu körpəni zibil qutusuna atdı

Karamanda 14 yaşlı qız xəstəxananın tualetində uşaq dünyaya gətirib. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, hadisə təmizlik işçisinin zibil qutusunda körpə cəsədi tapması ilə üzə çıxıb. Polisin saxladığı qızın zorakılığa məruz qalıb-qalmaması ilə bağlı araşdırmalara başlanılıb.

Karamanda ictimaiyyəti sarsıdan hadisə baş verib. 14 yaşlı qızın Karaman Təhsil və Araşdırma Xəstəxanasının tualetində uşaq dünyaya gətirdiyi məlum olub. Hadisə xəstəxananın təmizlik işçilərinin zibil qutusunda körpə cəsədi tapması ilə üzə çıxıb.

Xəbərə görə, təmizlik zamanı körpənin cəsədini görən işçi dərhal vəziyyəti xəstəxana rəhbərliyinə çatdırıb. Xəbərdarlıqdan sonra hadisə yerinə polis və tibb qrupları göndərilib. İlkin müayinədə körpənin doğuşdan az sonra öldüyü müəyyən edilib.

Polis qrupları doğuş edən 14 yaşlı M.N.ni saxlayıb. Hadisə ilə bağlı məhkəmə və inzibati araşdırmalara başlanılıb. Yeniyetmə qızın hər hansı zorakılığa məruz qalıb-qalmaması araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 604

Oxşar yazılar