Sevgilisi Ronaldonun ərəb klubuna keçidi ilə bağlı yeni təfərrüatları  AÇIQLADI
03 oktyabr 2024 09:35 (UTC +04:00)

Sevgilisi Ronaldonun ərəb klubuna keçidi ilə bağlı yeni təfərrüatları AÇIQLADI

2022-ci ildə Kriştiano Ronaldo “Mançester Yunayted”dən ayrılaraq Səudiyyə Ərəbistanına köçmək qərarı ilə futbol ictimaiyyətini təəccübləndirib və burada “Əl-Nəsr” komandası ilə müqavilə imzalayıb. 

Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, Onun sevgilisi Corcina Rodriqes artıq İngiltərədə qalmaq istəmədiyi üçün çox rahatladığını açıqlayıb.

Dünyanın ən yaxşı futbolçularından biri müqaviləsinin bitməsinə 7 ay qalmış “qırmızı şeytanlar”ı tərk edib. Bundan əvvəl məşqçi Erik ten Haq ilə bir neçə şifahi münaqişə baş verib.

Futbolsevərlər Kriştianu Ronaldonun "Əl-Nəsr"ə keçmək qərarından şoka düşüblər, çünki onlar yaşının çox olması səbəbindən karyerasını Çempionlar Liqasında iştirak edən klublardan birində keçirmək istəyəcəklərini gözləyirdilər.

Portuqaliyalı ulduz 2021-ci ildə "Mançester Yunayted"də ikinci karyerasına başlayan kimi, sevgilisi vəziyyətdən məmnun olub.
"Uşaqlarımızın məktəbinə daha yaxın olmağımız yaxşıdır, biz İtaliyada yaşadığımız zaman bu məktəbdən daha uzaqda idik, amma indi xəyalımı yaşayıram", - o zaman belə deyən Corcina Rodriqes lakin tədricən fikrini dəyişib.

"Kristiano mənə "Əl-Nəsr"də oynayacağını deyəndə çox rahatladım. Mən Mançesteri tərk etmək istəyirdim. Bilirdim ki, bizi böyük bir şey gözləyir. Səudiyyə Ərəbistanına getməzdən əvvəl çox həyəcanlı idik", - 30 yaşlı model bildirib.

Hər ikisi Səudiyyə Ərəbistanında yeni macəraları səbirsizliklə gözləsələr də, yeni mühitə uyğunlaşmaqda çətinlik çəkiblər və Corcina Rodriqes çox tez Madridə qayıtmaq barədə düşünməyə başlayıb. Lakin onlar, nəhayət Yaxın Şərqdə məskunlaşıblar və çox güman ki, Kriştiano Ronaldonun müqaviləsi başa çatan yaya qədər orada qalacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 501
avatar

Oxşar yazılar