“Tərtər işi”ndə  ittiham olunan polkovnik və digərləri ilə bağlı YENİ QƏRAR
25 aprel 2025 14:30 (UTC +04:00)

“Tərtər işi”ndə ittiham olunan polkovnik və digərləri ilə bağlı YENİ QƏRAR

“Tərtər işi” ilə bağlı ittiham olunan polkovnik Vüsal Ələsgərov, sabiq qərargah rəisi, polkovnik-leytenant Rəşid Niftəliyev, müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu Ramil Qarayev və Rüstəm Ələsgərovun barəsində olan hökmdən verilən kassasiya şikayəti və kassasiya protesti üzrə məhkəmə prosesi keçirilib.

Lent.az APA-ya istinadla xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, kassasiya şikayəti və kassasiya protesti təmin edilməyib, hökm qüvvədə saxlanılıb.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Vüsal Ələsgərov 5 il 6 ay, Rüstəm Ələsgərov 9 il 6 ay, Rəşid Niftəliyev 5 il 6 ay və Ramil Qarayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apelyasiya məhkəməsi hökmü qüvvədə saxlayıb.

Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı iş üzrə şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb olunub.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü və digər maddələri ilə ittiham olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 800

Oxşar yazılar

Ağstafada canavar 27 qoyunu parçaladı

Ağstafada canavar 27 qoyunu parçaladı

25 aprel 2025 , 21:53
Sabirabadda qadını maşın vurub öldürdü -  VİDEO -YENİLƏNİB

Sabirabadda qadını maşın vurub öldürdü - VİDEO-YENİLƏNİB

25 aprel 2025 , 20:49
Bakıda küçədən meyit tapıldı

Bakıda küçədən meyit tapıldı

25 aprel 2025 , 19:33
Üç Azərbaycan vətəndaşı Rusiyada tutulub  gətirildi

Üç Azərbaycan vətəndaşı Rusiyada tutulub gətirildi

25 aprel 2025 , 19:17
Oğuzda FACİƏ : 80 yaşlı qadın kanalda boğuldu

Oğuzda FACİƏ: 80 yaşlı qadın kanalda boğuldu

25 aprel 2025 , 18:45
“Oleq Bakinski” ev dustaqlığına  buraxılmadı

“Oleq Bakinski” ev dustaqlığına buraxılmadı

25 aprel 2025 , 18:17
Bir aya azadlığa çıxacaqdı, yeni hökm oxundu - SUMQAYITDA

Bir aya azadlığa çıxacaqdı, yeni hökm oxundu - SUMQAYITDA

25 aprel 2025 , 18:10
Bakı bulvarında ÖLÜM

Bakı bulvarında ÖLÜM

25 aprel 2025 , 17:38