Azərbaycanda ət niyə bahalaşdı?  - Ekspert səbəbləri AÇIQLADI
13 sentyabr 2025 11:00 (UTC +04:00)

Azərbaycanda ət niyə bahalaşdı? - Ekspert səbəbləri AÇIQLADI

0

Azərbaycanda ətin qiyməti artıb. Mal əti 17, qoyun əti isə 22 manata yüksəlib. Payıza doğru ət istehlakı ilə birgə qiymətlərin də yüksəlməsi əhalini narahat edir.

Bəs görəsən, ətin bahalaşmasına səbəb nədir? Qiymətlər daha da arta bilərmi?

İqtisadçı Pərviz Heydərov Lent.az-a açıqlamasında bildirib ki, ətin qiymətinin yüksək olması iribuynuzlu və xırdabuynuzlu heyvanların son illər ərzində ardıcıl olaraq azalması ilə əlaqədardır:

“Qiymətlərin getdikcə daha da bahalaşacığı gözlənilir. Ona görə ki, bu proses davam edir. Kənd yerlərində, ev təsərrüfatlarında və fermerlər tərəfindən mal-qara saxlamaq, qoyun-quzuya baxmaq tamamilə sərfəsiz - rentabelsiz olub. Çünki yem bahadı, örüş yerləri yoxdur və sair. Bütün bunlar da ondan irəli gəlir ki, ölkədə aqrar sahənin ən mühüm qolu olan heyvandarlıq sahəsində artıq neçə illərdir ki, tənəzzül hökm sürür. Məsələn, pambıqçılığın bərpa və inkişaf etdirilməsi istiqamətində tədbirlər görülməyə başlanılanda düzgün siyasət seçilməlidir. Məhz bu səbəbdən bəzi örüş yerləri də ləğv oldu. Sözügedən səbəblərdən və amillərdən əlavə, idxalın genişlənməsi özü də ölkəmizdə heyvandarlıq sahəsində tənəzzüldə mühüm rol oynayıb və oynamaqda da davam edir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 260

Oxşar yazılar