Avropa çempionu evində qətlə yetirildi
13 sentyabr 2025 11:18 (UTC +04:00)

Avropa çempionu evində qətlə yetirildi

0

Rusiyanın Omsk vilayətində bosk üzrə Avropa çempionu qətlə yetirilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, tanışı 31 yaşlı Lovari Mixaylenkonun evinə qonaq gəlib. Onların arasında mübahisə yaranıb və dava zamanı 23 yaşlı gənc tapança çıxararaq Mixaylenkonun başına atəş açıb.

İdmançı təcili yardım gələnə qədər dünyasını dəyişib. İstintaqın məlumatına görə, 1941-ci il istehsalı TT tapançası şübhəli şəxsin adına qeydiyyatda olmayıb və o, silahı darknetdən alıb.

Qətli törədən gənc hadisə yerindən qaçıb. Onu Novosibirsk vilayətində saxlayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 404

Oxşar yazılar