"Xural" internet televiziyasının rəhbəri Əvəz Zeynallı ilə birlikdə həbs olunan Elnur Şükürov da azadlığa buraxılıb.
Lent.az xəbər verir ki, bu barədə Əvəz Zeynallı sosial şəbəkədə paylaşım edib.
Qeyd edilir ki, Elnur Şükürovun cəzsı bu gün bitib.
Xatırladaq ki, Elnur Şükürova Cinayət Məcəlləsinin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.