“Bolonya” İtaliya Kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Empoli” üzərində 2:1 hesablı qələbə qazanaraq turnirin finalına yüksəlib.
Lent.az xəbər verir ki, “Bolonya”nın heyətində qolları Covanni Fabbian (7-ci dəqiqə) və Teys Dallinqa (87) vurublar.
“Empoli”nin yeganə qoluna 33-cü dəqiqədə Viktor Kovalenko imza atıb.
İlk oyun “Bolonya”nın 3:0 hesablı qələbəsi ilə başa çatmışdı. Final qarşılaşması 14 may tarixində keçiriləcək.
Rəqib isə “Milan” olacaq.