Ançelotti bu 4 futbolçunun  dərhal alınmasını istəyir
25 aprel 2025 10:42 (UTC +04:00)

Ançelotti bu 4 futbolçunun dərhal alınmasını istəyir

"Real Madrid" rəhbərliyi komandanın baş məşqçisi Karlo Ançelottidən "qaymaqlılar"ın yayda almalı olduğu futbolçularla bağlı fikrini istəyib.

Lent.az xarici mediaya istinadla bildirir ki, italiyalı mütəxəssis müdafiəçi və yarımmüdafiəçi mövqelərinin gücləndirilməsinin vacibliyində israrlıdır. Ançelotti İngiltərə Premyer Liqasında çıxış edən 4 futbolçunun adını çəkib: Uilyam Saliba (Arsenal), Manuel Akanji (Mançester Siti), Aleksis MakAllister (Liverpul) və Sandro Tonali (Nyukasl).

Yeni futbolçuların alınması ilə bağlı yekun qərarı "Real Madrid"in prezidenti Florentino Peres, klubun baş direktoru Xose Anxel Sançes və klubun baş skautu Juni Kalafat verəcəyi vurğulanır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2526

Oxşar yazılar