Bakıda bulvar ərazisində ölüm hadisəsi olub.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Lent.az-a verilən məlumata görə, hadisə bu gün saat 16 radələrində “Dəniz Mall”un yaxınlığında baş verib.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Məlum olub ki, ölən şəxs 50 yaşlı Əliyev Kənan Saleh oğludur.