Futbolçu  gizləndi:   Həyat yoldaşı və uşağı oğurlandı
25 aprel 2025 13:05 (UTC +04:00)

Futbolçu gizləndi: Həyat yoldaşı və uşağı oğurlandı

Naməlum cinayətkarlar Ekvadorun "Emelek" klubunun müdafiəçisi Cekson Rodriqesin evinə soxulublar. Futbolçunun özünü tapa bilməyib həyat yoldaşını və beş yaşlı oğlunu aparıblar.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, klubun  mətbuat xidmətindən verilən məlumata görə, Rodriqes cinayətkarlardan gizlənib, çünki onlar xüsusi olaraq onu axtarıblar. Cekson mənzilinin qapısının sındırıldığını eşidəndə çarpayısının altında gizlənib.

Futbolçunu tapa bilməyən hücumçular onun doğmalarını qaçırıb, qiymətli əşyaları və pullarını da götürüblər.

Hadisə, cinayətkar qruplaşmaların fəallığının artması fonunda fövqəladə vəziyyətin elan edildiyi Quayakilaynın şimalında yerləşən evdə baş verib.

Hazırda səlahiyyətlilər zərərçəkənlərin və məsuliyyət daşıyanların harada olduğunu müəyyən etməyə çalışır.

26 yaşlı Cekson Rodriqes Portuqaliyada anadan olub və Lüksemburq millisində oynayır. O, bu ölkədən UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış edən ilk futbolçu olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 656

Oxşar yazılar