Bakının Binəqədi rayonu ərazisində bir nəfərə məxsus BYD markalı avtomobildən içərisində 2852 manat olan pulqabı və mobil telefon oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 37 yaşlı T.Salahov saxlanılıb.
Rayon ərazisində daha bir analoji hadisə qeydə alınıb. Aprelin 24-nə keçən gecə bir nəfərə məxsus “VAZ-2107” markalı avtomobildən 750 manat dəyərində maqnitofon və 4 səsgücləndirici oğurlayan, əvvəllər məhkum olunmuş 35 yaşlı N.Vəliyev də saxlanılıb.
Bundan başqa, Nəsimi və Nərimanov rayonlarında 2 nəfərə məxsus velosipedləri qaçırmaqda şübhəli bilinən 47 yaşlı Ə.Məşədiyev və 16 yaşlı yeniyetmə saxlanılıb.
Araşdırmalar aparılır.