Ölkə çempionu məşq zamanı öldü,  yarış ləğv olundu
25 aprel 2025 11:10 (UTC +04:00)

Ölkə çempionu məşq zamanı öldü, yarış ləğv olundu

Fransalı dağ xizəkçisi, ölkə çempionu Marqo Simon 18 yaşında məşq zamanı dünyasını dəyişib

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə aprelin 24-dən 27-dək Fransanın Val diser şəhərində keçiriləcək “Red Bull Alpine Park” yarışlarına hazırlaşarkən baş verib.

İdmançı məşq zamanı eniş edərkən yıxılıb. Təcili yardım həkimlərinin operativ müdaxiləsinə baxmayaraq, reanimasiya tədbirləri nəticəsiz qalıb.

Təşkilatçılar müsabiqəni tamamilə ləğv etmək qərarına gəliblər. Yolun vəziyyəti optimal kimi qiymətləndirilsə də, hadisənin dəqiq səbəbləri hələ də aydın deyil. Albertvil prokurorluğu hadisənin baş vermə şəraitini araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 726

Oxşar yazılar