Hakim oyun zamanı öldü
25 aprel 2025 15:11 (UTC +04:00)

Hakim oyun zamanı öldü

Rusiyada futbol hakimi Artur İksanov oyun zamanı dünyasını dəyişib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kranoyarsk diyarının Açinsk şəhərində baş verib.

45 yaşlı hakim oyun zamanı pisləşərək, huşunu itirib və meydançaya yıxılıb. Təcili yardım briqadası reanimasiya tədbirləri görsə də, kişini həyata qaytara bilməyib. 

İlkin məlumata görə, ölümə səbəb ürək dayanması olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 818

Oxşar yazılar