Bakıda makleri yol üstündə  öldürdülər
25 aprel 2025 15:17 (UTC +04:00)

Bakıda makleri yol üstündə öldürdülər

Bakıda qətl hadisəsi baş verib.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a bildirilib ki, aprelin 25-də saat 8 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 52 yaşlı Səlim Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 47 yaşlı Maksim Əhmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Səlim Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Maksim Əhmədov iş üzrə şübhəli  şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

Mediada yayılan məlumatlara görə, hadisə yol vermək üstündə baş verib. Həmçinin öldürülən Səlim Əliyevin Binə qəsəbəsində makler kimi fəaliyyət göstərdiyi qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 970

Oxşar yazılar