Həftədə nə qədər ət yemək olar?
25 aprel 2025 16:44 (UTC +04:00)

Həftədə nə qədər ət yemək olar?

Kənd təsərrüfatı ətraf mühitin ən böyük çirkləndiricilərindən biridir. Bu çirklənmənin böyük hissəsi ət istehsalının payına düşür.

Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə. ekoloq alimlər yeni bir araşdırmada planetə ziyan vurmadan həftədə nə qədər ət yeməyin mümkün olduğunu hesablayıblar.

Araşdırmanın müəlliflərindən biri olan Karolin Gebara qeyd edir ki, insanların əksəriyyəti artıq həm ətraf mühitə, həm də sağlamlığa görə az ət yeməyin vacibliyini anlayır, lakin konkret nə qədər az yemək lazım olduğu aydın deyil. Buna görə də araşdırmaçılar hesablayıblar ki, hər həftə 255 qram toyuq və ya donuz əti yemək mümkündür. Bu, təxminən iki toyuq döşünə bərabərdir və 2021-ci ildə avropalılar və amerikalıların istehlak etdiyi ət miqdarından 6–10 dəfə azdır. Eyni zamanda mal əti (və digər qırmızı ətlər) tamamilə rədd edilməlidir.

Mal ətindən imtina ətraf mühitə fayda baxımından ən təsirli addımdır. Çünki inəklərin otarılması üçün böyük torpaq sahələri təmizlənməli olur və iri buynuzlu heyvanların tullantıları çox miqdarda metan (CO₂-dən 28 dəfə güclü istixana qazı) və azot oksidi (CO₂-dən 270 dəfə güclü) buraxır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 596

Oxşar yazılar