Bakıda və Mingəçevirdə piyadaları maşın vurub öldürdü
03 oktyabr 2024 09:22 (UTC +04:00)

Bakıda və Mingəçevirdə piyadaları maşın vurub öldürdü

Bakıda avtomobil piyadanı vurub.

Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu Zabrat-Maştağa şossesində qeydə alınıb. Əliyev Cavid Cahangir oğlu idarə etdiyi "Opel Astra" markalı avtomobillə yolu keçmək istəyən 70 yaşlı İsmayılova Elmira Zeynal qızını vurub. Nəticədə qadın hadisə yerində ölüb.

Digər piyadavurma hadisəsi Mingəçevir şəhərində baş verib. Quliyev Əlizamin Əvəz oğlu idarə etdiyi "Lada Vesta" markalı avtomobillə Məmmədov Xaliq Pənah oğlunu vuraraq öldürüb.

Hər iki faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 492
avatar

Mehman Nəbiyev

Oxşar yazılar