Rusiyanın Sankt-Peterburq şəhərində qadın intihar edib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Ust-Slavyanka şəhərində, “Böyük Pyotr və Böyük Yekaterina” yaşayış kompleksinin ərazisində baş verib.
Məlumata görə, 31 yaşlı qadın sevgilisi ilə birgə 23-cü mərtəbədə yaşayıb. Onlar yaşadıqları mənzildə yeyib-içdikdən sonra arasında mübahisə düşüb. Mübahisə zamanı qadın özünü binadan yerə atıb.
Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları onun öldüyünü müəyyən ediblər.
Araşdırma aparılır.