Onlar  təyyarə qəzasında   öldülər
31 yanvar 2025 17:47 (UTC +04:00)

Onlar təyyarə qəzasında öldülər

Faciə ABŞ-da son 20 ildə ən ölümcül hava fəlakəti ola bilər.
ABŞ-da ölümlə nəticələnən American Airlines təyyarə qəzasının ən gənc qurbanlarının adları açıqlanıb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, onların fiqurlu konkisürən Anjela Yanq və Şon Key olduğu ortaya çıxıb.

American Airlines təyyarəsi Kanzas ştatının Viçita şəhərindən havaya qalxaraq, Ronald Reyqan Vaşinqton Milli Hava Limanına yaxınlaşarkən havada ABŞ ordusuna məxsus Black Hawk helikopteri ilə toqquşub.

Təyyarənin göyərtəsində 60 sərnişin və dörd ekipaj üzvü, Potomak çayına düşən helikopterdə isə üç nəfər olub.

ABŞ-da son 20 ilin ən ölümcül hava fəlakəti ola biləcək qəzada sağ qalan olmayıb. İndi təsdiqlənib ki, ölən 67 nəfər arasında iki gənc buz üzərində rəqs cütlüyü də var.

11 və 12 yaşlarında olduğu güman edilən cütlük Delaver Universiteti Fiqurlu konkisürmə klubunun üzvləri idi və yanvarın 20-dən 26-dək Kanzasda ən yaxşı gənc konkisürənlərin məşq etdiyi milli inkişaf düşərgəsindən qayıdırdılar.

Konkisürənlərin “Facebook” qrupunda yayımlanan nekroloqa görə, cütlük bu mövsüm uşaqların buz üzərində rəqslərində məğlub olmayıblar. 

Ölənlər arasında bostonlu fiqurlu konkisürən 13 yaşlı Cinna Xan və 16 yaşlı Spenser Leyn və onların analarının olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2647

Oxşar yazılar

İspaniya finalda Portuqaliyanın  rəqibi oldu

İspaniya finalda Portuqaliyanın rəqibi oldu

6 iyun 2025 , 01:08
Əməliyyat başa çatdı:  “Yuventus” “Milan”ın futbolçusunu aldı

Əməliyyat başa çatdı: “Yuventus” “Milan”ın futbolçusunu aldı

5 iyun 2025 , 19:46
Dünyanın ən yaxşı 10 mərkəz  hücumçusu - SİYAHI

Dünyanın ən yaxşı 10 mərkəz hücumçusu - SİYAHI

5 iyun 2025 , 17:18
Dünyanın ən yaxşı   10 cinah oyunçusu - SİYAHI

Dünyanın ən yaxşı 10 cinah oyunçusu - SİYAHI

5 iyun 2025 , 14:31
Simone İnzaqi "Əl-Hilal"ın  baş məşqçisi  təyin edildi

Simone İnzaqi "Əl-Hilal"ın baş məşqçisi təyin edildi

5 iyun 2025 , 12:20
"Real" PSJ-nin transferini əlindən aldı

"Real" PSJ-nin transferini əlindən aldı

5 iyun 2025 , 09:39
Messinin yeni klubu  açıqlandı

Messinin yeni klubu açıqlandı

5 iyun 2025 , 03:39
Portuqaliya Ronaldonun qolu ilə finala çıxdı

Portuqaliya Ronaldonun qolu ilə finala çıxdı

5 iyun 2025 , 01:07