Yük avtomobilləri yolda qaldı: Bakıda sıxlıq yarandı
31 yanvar 2025 22:30 (UTC +04:00)

Yük avtomobilləri yolda qaldı: Bakıda sıxlıq yarandı

Yasamal rayonu, Moskva prospekti, tunelə giriş hissədə texniki nasaz bir neçə yük avtomobili  yolda qalıb.

Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bu səbəbdən metronun “20 Yanvar” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb. Sıxlığın aradan qaldırılması məqsədilə tədbirlər görülür.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları yol polisi naryadları ilə birgə yaranan sıxlığın aradan qaldırılması  istiqamətində operativ tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2363

Oxşar yazılar