Heyvanxanadan kenquru oğurlayan  şəxs saxlanıldı
02 oktyabr 2024 22:35 (UTC +04:00)

Heyvanxanadan kenquru oğurlayan şəxs saxlanıldı

Rusiyanın heyvanxanadan kenquru oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Lent.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Yaroslavl heyvanxanasından bir, Kaluqa vilayətindəki başqa bir heyvanxanadan isə iki kenquru balasını oğurlamaqda şübhəli bilinən şəxsi saxlayıb.

Oğurlanmış üç baladan birinin öldüyü bildirilir.

Əldə olunan məlumata görə həmin şəxs qaçırılan bir kenqurunu Moskvada bir nəfərə satmağa nail olub.

Yaroslavl heyvanxanasında Kroş adlı körpə kenqurunun oğurlanması bir gün əvvəl məlum olub. O, cümə günü, sentyabrın 27-nə keçən gecə yoxa çıxıb.

Qurum nümayəndələri heyvanın özbaşına çölə çıxa bilməyəcəyini bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1677
avatar

Oxşar yazılar