Braziliyada gənc oğlan anakondadan qurtulmaq üçün onu dişləyib.
Lent.az xarici mediaya istinadla bildirir ki, Amazon ovalığında Terra-Santa bölgəsində 200 kiloluq anakonda gənc oğlanın bədəninə dolanaraq, onu boğmağa çalışıb.
Bu zaman nə edəcəyini bilməyən adam özünü itirməyib və ilanı dişləyib. Bu yolla iri sürünən ondan əl çəkib.
Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb və təəccüblə qarşılanıb.
Görüntüləri təqdim edirik: