Xaçmazda məktəbli söyüşə görə sinif yoldaşını bıçaqladı - YENİLƏNİB
02 oktyabr 2024 12:51 (UTC +04:00)

Xaçmazda məktəbli söyüşə görə sinif yoldaşını bıçaqladı - YENİLƏNİB

Quba-Xaçmaz regional Təhsil İdarəsi Xaçmazda şagirdin sinif yoldaşını bıçaqlaması ilə bağlı məlumat yayıb.

İdarədən Lent.az-a verilən xəbərdə bildirilib ki, oktyabrın 1-i saat 16 radələrində Xaçmaz şəhər  9 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi sinif yoldaşına evlərinin yaxınlığında aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib:

"Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.

Xəsarət almış şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. 

Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticələri aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə veriləcək. 

Uşaqların yeniyetməlik dövru olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik".

***
11:14

Oktyabrın 1-də saat 16 radələrində Xaçmaz rayonunda 15 yaşlı A.Nəsrullayev 16 yaşlı K.Orucova aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirib.

Bu barədə Lent.az-a DİN mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, onlar hər ikisi sinif yoldaşları olublar.

***

10:43

Xaçmazda söyüşə görə adam bıçaqlayan saxlanılıb.

Lent.az xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən, yetkinlik yaşına çatmayan Ayxan Nəsrullayev tutularaq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

***
09:22

Xaçmazda bıçaqlanma hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə günorta saatlarında şəhərin Axundov küçəsində yaşayış evlərindən birinin qarşısında baş verib.

Nəsrullayev Ayxan Fuad oğlu ona qarşı nalayiq ifadələr işlətməsi səbəbindən Orucov Kənan Tariyel oğluna bıçaqla bir dəfə zərbə vuraraq xəsarət yetirib.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırma aparılır

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1512
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Məktəblini bıçaqlayan azərbaycanlı HƏBS OLUNDU

Məktəblini bıçaqlayan azərbaycanlı HƏBS OLUNDU

2 oktyabr 2024 , 13:29
Keçmiş nazir başından GÜLLƏLƏNDİ

Keçmiş nazir başından GÜLLƏLƏNDİ

2 oktyabr 2024 , 12:37
Bakıda yol DAVASI:  avtobus sürücüsü QAN TÖKDÜ

Bakıda yol DAVASI: avtobus sürücüsü QAN TÖKDÜ

2 oktyabr 2024 , 10:01
Şəkidə narkokuryer  saxlanıldı

Şəkidə narkokuryer saxlanıldı

2 oktyabr 2024 , 08:37
Şəmkirdə  kənddə qətl

Şəmkirdə kənddə qətl

1 oktyabr 2024 , 21:28
Keçmiş arvadını küçədə, uşaqlarının yanında GÜLLƏLƏDİ

Keçmiş arvadını küçədə, uşaqlarının yanında GÜLLƏLƏDİ

1 oktyabr 2024 , 17:10
Ana qızını güllələyib yalan danışmağa məcbur etdi

Ana qızını güllələyib yalan danışmağa məcbur etdi

1 oktyabr 2024 , 15:52
Avtoritet həbsxanada öldü

Avtoritet həbsxanada öldü

1 oktyabr 2024 , 14:21