"Kraliça II Yelizaveta xərçəngdən  əziyyət çəkirdi" - Keçmiş baş nazir
02 oktyabr 2024 14:47 (UTC +04:00)

"Kraliça II Yelizaveta xərçəngdən əziyyət çəkirdi" - Keçmiş baş nazir

Mərhum kraliça II Yelizaveta həyatının son illərində sümük xərçəngindən əziyyət çəkirmiş.

Lent.az "Politico" nəşrinə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson “Unleashed” kitabında yer alan xatirələrində yazıb.

Kitabın gələn ay nəşri nəzərdə tutulur. Siyasətçinin sözlərinə görə, o, Yelizavetanın "sümük xərçənginin bir forması olduğunu" kraliça ölməzdən bir il öncə bilirmiş.

"Böyük Britaniya siyasətçisi ilk dəfədir ki, kraliçanın ölüm şəhadətnaməsində rəsmi olaraq "qocalıq" kimi qeyd olunan ölüm səbəbi haqqında danışır. Bu açıqlama Britaniya ictimai həyatında olduqca qeyri-adi haldır.

Kraliçanın səhhəti barədə məlumatlar onun hakimiyyəti dövründə gizli saxlanılırdı. Baş nazirlə kraliça arasında görüşlər haqqında məlumat da adətən gizli saxlanılır”, - "Politico" yazıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2496
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar