Azərbaycanlı sürücü qadın sərnişini döyüb yola atdı
02 oktyabr 2024 19:20 (UTC +04:00)

Azərbaycanlı sürücü qadın sərnişini döyüb yola atdı

Rusiyanın Moskva vilayətində azərbaycanlı taksi sürücüsü qadın müştərini döyüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Balaşixa şəhərində baş verib. Yol üstündə qadın sərnişinlə 51 yaşlı azərbaycanlı sürücü arasında münaqişə yaranıb. Belə ki, sərnişin səhv yolla getdiyini deyəndə sürücü ona 35 ildir Moskvada yaşadığını və hər yeri əzbər bildiyini deyib.

Daha sonra davam edən mübahisə zamanı sürücü sərnişinin sinəsinə yumruqla zərbələr vuraraq, onu avtomobildən yola atıb.

Qadın bununla bağlı polisə şikayət edib. Nəticədə sürücü saxlanılıb və xuliqanlıq maddəsilə cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3249

Oxşar yazılar