Dieqo Maradonanın qalıqları  məqbərədə yerləşdiriləcək
02 oktyabr 2024 16:44 (UTC +04:00)

Dieqo Maradonanın qalıqları məqbərədə yerləşdiriləcək

Bu günlərdə məlum olub ki, dünya futbolunun əfsanəsi Dieqo Maradonanın qalıqları məqbərədə yerləşdiriləcək.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, o, xüsusi olaraq Buenos-Ayresdə dünyanın ən böyük argentinalılarından birinin övladlarının istəyi ilə tikilib.

Argentina məhkəməsi onun qohumlarının vəsatətini təmin edib.

Məlumata görə, məhkəmə Dieqo Maradonanın qalıqlarının Bella-Vista qəbiristanlığından Puerto-Maderoda futbolçunun xatirəsinə tikiləcək məqbərəyə köçürülməsinə razılıq verib.

Hələ bundan əvvəl, keçən ilin oktyabrında xatirə abidəsi tikmək niyyəti açıqlanmışdı. Müvafiq işlərin gələn il yekunlaşacağı gözlənilir.

Məlumdur ki, məqbərə Argentina paytaxtının ən prestijli ərazilərindən birində - prezident sarayının yanında yerləşəcək.

Xatırladaq ki, Dieqo Maradona 4 il əvvəl dünyasını dəyişib. Onun 60 yaşı var idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 555
avatar

Oxşar yazılar