Dortmund "Borussiya"sının və "Liverpul"un keçmiş baş məşqçisi Yurgen Klopp Almaniyada federal ordenlə təltif edilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, futbol mütəxəssisi “Almaniya Federativ Respublikasına xidmətlərinə görə” ordeni alıb. Dövlət mükafatlarının təqdimatı oktyabrın 3-də qeyd olunan bayrama - Alman Birliyi Gününə təsadüf edib.
2023/24 mövsümünün sonunda Yurgen Klopp 2015-ci ilin oktyabrından rəhbərlik etdiyi "Liverpul"dan ayrılıb. Onun rəhbərliyi altında mersisaydlılar Premyer Liqa, İngiltərə Kuboku və Super Kuboku, Liqa Kuboku, UEFA Super Kuboku və FIFA Klublararası Dünya Kuboku da daxil olmaqla bütün əsas turnirlərin qalibi olublar.
Mütəxəssis karyerasında fasilə vermək istədiyini bildirərək, gələn bütün iş təkliflərini rədd edib.