Keçmiş nazir başından GÜLLƏLƏNDİ
02 oktyabr 2024 12:37 (UTC +04:00)

Keçmiş nazir başından GÜLLƏLƏNDİ

Qondarma Luqansk Xalq Respublikasının keçmiş yanacaq, energetika və kömür sənayesi naziri Konstantin Zavizenovun Moskva vilayətində dünyasını dəyişib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, İstra rayonundakı bağ evində başından güllə yarası alan 50 yaşlı məmurun meyiti tapılıb. Onun oğlunun sözlərinə görə, atası ertəsi gün Kamçatkaya ova gedəcəkmiş.

Bildirilib ki, Zavizenov həyatının çətin dövrünü yaşayırmış. İddiaya görə, həyat yoldaşı onun Nijni Novqorodda başqa ailəsi olduğunu aşkarlayıb və boşanmaq üçün məhkəməyə müraciət edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3288
avatar

Oxşar yazılar