Maştağada ƏMƏLİYYAT:  saxlanılanlar var - VİDEO
02 oktyabr 2024 17:25 (UTC +04:00)

Maştağada ƏMƏLİYYAT: saxlanılanlar var - VİDEO

Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Sabunçu rayon Polis İdarəsi 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyatlar nəticəsində Maştağa qəsəbəsində narkotiklərin satışını həyata keçirən Abasqulu Quliyev və Fazil Cəfərzadə saxlanılıblar. Onlardan ümumilikdə 4 kiloqram satış məqsədi ilə əldə etdikləri qurudulmuş marixuana aşkarlanıb. 

Faktla bağlı 14-cü Polis Şöbəsində toplanan materiallar Sabunçu RPİ-yə göndərilib.

Sabunçu rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 885
avatar

Oxşar yazılar