Gəncə Dövlət Filarmoniyasında "Naz-nazı" muğam qrupunun konserti baş tutub - FOTO
02 oktyabr 2024 13:26 (UTC +04:00)

Gəncə Dövlət Filarmoniyasında "Naz-nazı" muğam qrupunun konserti baş tutub - FOTO

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə "Bakıdan Gəncəyə" layihəsi çərçivəsində Xalq artisti, tarzən Malik Mansurovun rəhbərliyi ilə "Naz-Nazı" muğam qrupunun konserti baş tutub.

Lent.az xəbər verir ki, Konsertdə Malik Mansurov (tar), İbrahim Cabbarov (bəm tar), Səyyar Teymurov (zərb alətləri), Məhta Məhəmmədəlizadə (qanun), Xəyyam Cabbarlı (ud), Abuzər Əsgərli (kamança), Nüşabə Kərimli (xanəndə), Mirəli Sarızadə (xanəndə), Parsa Xaef (setar, xanəndə, Ərdəbil), Araz Qasemi (tar, Təbriz), Reza Mohəmmədi (kamança,Təbriz), Yavər Zəndabadi (ud, Təbriz) çıxış ediblər.

"Naz-Nazı" muğam qrupunun ifasında "İz" və "Yari-pünhan kompozisiyaları, xalq mahnıları "Xumar oldum" və "Dağların başı", "Gül dəstəsi" xalq rəqsi, "Qarabağ şikəstəsi", "Çahargah dəramədi" səsləndirilib. Konsert tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Gəncə Dövlət Filarmoniyasında "Naz-nazı" muğam qrupunun konserti baş tutub - FOTO

Gəncə Dövlət Filarmoniyasında "Naz-nazı" muğam qrupunun konserti baş tutub - FOTO

Gəncə Dövlət Filarmoniyasında "Naz-nazı" muğam qrupunun konserti baş tutub - FOTO

Gəncə Dövlət Filarmoniyasında "Naz-nazı" muğam qrupunun konserti baş tutub - FOTO

Gəncə Dövlət Filarmoniyasında "Naz-nazı" muğam qrupunun konserti baş tutub - FOTO

Gəncə Dövlət Filarmoniyasında "Naz-nazı" muğam qrupunun konserti baş tutub - FOTO

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1932
avatar

Oxşar yazılar