ABŞ-də keçirilən FIFA Klublararası dünya çempionatının 1/4 final mərhələsində "Fluminense" (Braziliya) və "Əl-Hilal" (Səudiyyə Ərəbistanı) komandaları qarşılaşıblar.
Lent.az xəbər verir ki, matç 2:1 hesabı ilə Braziliya klubunun xeyrinə başa çatıb.
Turnirin yarımfinalında "Fluminense" "Palmeyras" (Braziliya) - "Çelsi" (İngiltərə) matçının qalibi ilə qarşılaşacaq.