Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının iyulun 8-də Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısında piket keçirməklə bağlı müraciətinə cavab verib.
Lent.az-ın xəbərinə görə, icra hakimiyyəti aksiyanın keçirilməsini məqsədəuyğun hesab etməyib.
Qeyd edilib ki, iyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı keçirdiy qanunazidd və zorakılıq əməlləri ilə bağlı Azərbaycan tərəfindən Rusiya tərəfinə rəsmi etiraz bildirilib, bu istiqamətdə müvafiq addımlar atılıb.
Bildirilib ki, qeyd olunan, həmçinin "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun 7-ci maddəsinin I hissəsini nəzərə alaraq, iyulun 8-də Rusiyanın Azərbaycandakı səfirliyinin inzibati binası qarşısında piketin keçirilməsi məqsədəuyğun hesab edilmir.