UEFA İngiltərənin "Çelsi" futbol klubunu maliyyə qaydalarını pozduğuna görə 20 milyon avro, şərti cərimə olaraq isə əlavə 60 milyon avro məbləğində cərimələyib.
Lent.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib.
Qeyd olunub ki, "Çelsi" dörd illik müşahidə müddəti ilə razılaşıb. "Aston Villa" klubu da, həmçinin sanksiyalara məruz qalıb. Birmingem klubu 5 milyon avro ödəməli olacaq. "Aston Villa", həm də əlavə 15 milyon avro məbləğində şərti cərimələnib.
"Transfermarkt" portalının təqdim etdiyi məlumata görə, "Çelsi" ötən mövsüm yeni oyunçuların alınmasına 281.9 milyon avro xərcləyib. 2024/2025 mövsümünün sonunda komanda Premyer Liqada dördüncü yeri tutub.