Polis məmurunun meyiti tapıldı
02 oktyabr 2024 18:02 (UTC +04:00)

Polis məmurunun meyiti tapıldı

Türkiyədə polis məmurunun meyiti tapılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Antalya şəhərinin Serik qəsəbəsində baş verib. Polis məmuru 31 yaşlı Özkan Çakmak işə getmədiyi üçün həmkarları onun nömrəsinə zəng ediblər. Lakin o, zənglərə cavab verməyib.

Polisin evinə gedən iş yoldaşları onun yatağında hərəkətsiz yatdığını görüblər. Çağırılan təcili tibbi yardım həkimləri onun öldüyünü müəyyən ediblər.

Hazırda onun ölüm səbəbinin müəyyənləşməsi üçün araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 723
avatar

Oxşar yazılar