Məktəblini bıçaqlayan azərbaycanlı HƏBS OLUNDU
02 oktyabr 2024 13:29 (UTC +04:00)

Məktəblini bıçaqlayan azərbaycanlı HƏBS OLUNDU

Rusiyanın Voronej şəhərinin Vladimir Nevski küçəsində 9-cu sinif şagirdinə hücum edən Azərbaycan vətəndaşına hökm oxunub.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, məhkəmənin qərarı ilə azərbaycanlı cəzasını ümumi rejimli həbsxanada çəkməklə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycanlı qəsdən sağlamlığa ağır zərər vurmada təqsirli bilinib. 15 yaşlı oğlana hücum 2023-cü ilin avqustunda baş verib - yeniyetmə boyun nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə 2 saylı Uşaq Kliniki Xəstəxanasına yerləşdirilib. O, çoxlu qan itirib. Yeniyetmə həkimlərə yıxıldığını deyib.

Sonradan məlum olub ki, oğlan küçədə naməlum kişi tərəfindən bıçaqlanıb. 9-cu sinif şagirdi iki əməliyyat keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3111
avatar

Mehman Nəbiyev

Oxşar yazılar