Xalq artisti Tünzalə Ağayeva yenə geyimi ilə diqqət çəkib. Onun sosial şəbəkə hesabında paylaşdığı şəkil birmənalı qarşılanmayıb.
Lent.az xəbər verir ki, müğənni qara atlas, bir tərəfi tül və krujeva ilə bəzənmiş libası ilə obyektiv qarşısına keçib. O, illər əvvəlki kimi başını bandana ilə örtüb.
Xalq artistinin paltarının açıq olması müzakirələrə səbəb olub. Bəzi izləyicilər onun əynindəki libası yataq və alt paltarı adlandırıblar.