ABB-nin Cəlilabad filialı yenilənmiş binasında xidmətə başlayıb
02 oktyabr 2024 12:20 (UTC +04:00)

ABB-nin Cəlilabad filialı yenilənmiş binasında xidmətə başlayıb

ABB filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində Cəlilabad filialını da yeniləyib.

Lent.az xəbər verir ki, Filialın binası ABB-nin yeni brend kimliyinə, müasir inkişafi konseptinə uyğunlaşdırılıb. Filial Cəlilabad şəhəri, Azərbaycan küçəsi 103 ünvanında müştərilərin xidmətindədir. Bizneslərin, eləcə də fərdi müştərilərin maliyyə xidmətlərinə olan bütün ehtiyaclarının təmin edilməsi üçün burada hər cür şərait yaradılıb.

Müştərilər ABB-nin Cəlilabad filialında müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalana bilərlər.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 279
avatar

Oxşar yazılar