Binadan yıxıldı, xəstəxanaya özü getdi
22 iyul 2025 11:49 (UTC +04:00)

Binadan yıxıldı, xəstəxanaya özü getdi

Rusiyanın Sankt-Peterburq şəhərində sərxoş halda pəncərədən yıxılan sakini özü həkimə müraciət edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, xəstəxanaya təkbaşına gələn və 3-cü mərtəbədən yıxıldığını deyən şəxsə tibbi yardım göstərilib.

Müayinə zamanı zərərçəkmişdə çoxsaylı xəsarətlər, o cümlədən bir neçə fəqərənin zədələnməsi, sağ ayağın barmağının və sol ayağın barmağının falanksının xırdalanmış sınığı müəyyən edilib. Həkimlər onun səhhətini orta ağır kimi qiymətləndiriblər.

Buna baxmayaraq, kişi lazımi köməklik göstərilməmiş tibb müəssisəsini tərk edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 852

Oxşar yazılar