Professor İlber Ortaylının olduğu avtomobil Balıkesirdə qəzaya düşüb.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə Balıkesirin Burhaniye rayonunda qeydə alınıb.
Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Professor İlber Ortaylının vəziyyəti yaxşıdır, hər hansı tibbi müdaxiləyə ehtiyac qalmayıb.