Oktyabrın 1-də "Mançester Siti" Çempionlar Liqasının ümumi mərhələsinin ikinci tur oyununda "Slovan"ı 4:0 hesabı ilə məğlub edib.
Lent.az-ın xarici məlumatına görə, bu, Qvardiolanın Çempionlar Liqasında bir komanda ilə +4 top fərqi ilə 13-cü qələbəsi olub.
Bu göstərici ilə o, “Mançester Yunayted”in baş məşqçisi kimi 12 belə qələbə qazanan Aleks Ferqyusonun rekordunu geridə qoyub.