“Hizbullah”da Rusiya silahları  TAPILDI
01 oktyabr 2024 19:39 (UTC +04:00)

“Hizbullah”da Rusiya silahları TAPILDI

Livan yaraqlıları bu silahları yerin altında saxlayıblar.

İsrail Müdafiə Qüvvələri Livanın cənubunda quru əməliyyatları zamanı “Hizbullah” terror qruplaşmasının istifadə etdiyi tunellərdə Rusiya silahları aşkarlayıb.

Xüsusilə, tapılanlar arasında MRO-A (bu, kiçik ölçülü kapsul tipli tək hərəkətli reaktiv alov qurğusudur – red.) piyada raket alov qurğuları və “Konkurs” tank əleyhinə raket kompleksləri olub.

Bu hansı silahdır?

MRO-A piyada raket alov qurğuları düşmən qruplarına atəş açmaq üçün nəzərdə tutulub və yüksək hərəkət qabiliyyətinə malikdir. Bu qurğular operatorların mühafizəsini təmin edərək örtükdən atəş açmağa imkan verir. Onlardan atəş maneələri yaratmaq və düşmən şəxsi heyətini məhv etmək üçün istifadə oluna bilər ki, bu da onları döyüş şəraitində effektiv silaha çevirir.

“Konkurs”, öz növbəsində, ən çox yayılmış tank əleyhinə sistemlərdən biridir və 4 kilometrə qədər məsafədə zirehli texnikaları vura bilir. Yüksək dəqiqliyi və güclü döyüş başlığı ilə xarakterizə olunur ki, bu da onu istənilən zirehli maşına qarşı nəhəng silah edir.

Bu silahların tapılması İran və “Hizbullah” arasındakı əlaqəni vurğulayır və eyni zamanda Tehranın bölgədə fəaliyyət göstərən silahlanma qruplarına davamlı dəstəyinə işarə edir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1899
avatar

Oxşar yazılar