Peşəkar boksçu Maylik Berdsonq Los-Ancelesdə aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.
Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, Berdsonq küçədə dayanıb və maşında oturan bir qızla danışıb, bundan sonra başqa bir maşın onlara yaxınlaşıb və boksçunu güllələyblər.
Berdsonq əvvəlcə yaralanıb və o, evinə doğru qaçdıqdan sonra silahlı şəxslər maşından düşüb ona atəş açmağa davam ediblər.
Təcili yardım gələndən sonra o, xəstəxanaya aparılıb, orada öldüyü məlum olub, polis isə onun gövdə nahiyəsindən 7 atəş açıldığını bildirib.
Cinayətkarlar hələ də gizlənirlər, işin qalan təfərrüatları hələlik məlum deyil və boksçuya nə üçün hücum edildiyi dəqiq bilinmir.
Berdsonq 2017-ci ildən peşəkardır və karyerasında 15 dəfə, o cümlədən 10-u nokautla qalib gəlib və yalnız bir məğlubiyyətlə üzləşib.
Onun sonuncu döyüşü mart ayında yarım ağır çəkidə Cerri Bredfordu məğlub edəndə olub.