Türkiyədə polis məmurunun evi qarət olunub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Samsun şəhərinin Atakum qəsəbəsində baş verib. Evindən 200 min lirəlik (təxminən 9940 manat) qızıl-zinət əşyaları və xidməti tapançasının oğurlandığını görən polis dərhal bu barədə məlumat verib.
Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 18 yaşlı Sultan K., onun dini nikahlı əri Bilal Efe Ö., 34 yaşlı Raziye Y. və Samet K. saxlanılıb.
Araşdırma aparılır.