Oktyabrın 3-ü saat 10:00-dan 00:00-a qədər Bakının Xətai, Səbail və Nəsimi rayonlarının bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Lent.az-a verilən məlumata görə, buna səbəb su xətlərində aparılacaq təmir işləridir.
Xidmətdən əlavə edilib ki, 00:00-dan etibarən suyun mərhələli şəkildə verilməsi həyata keçiriləcək.