"VAZ-2107"lər yenə istehsal olunacaq?  - Zavod AÇIQLADI
01 oktyabr 2024 13:55 (UTC +04:00)

"VAZ-2107"lər yenə istehsal olunacaq? - Zavod AÇIQLADI

“VAZ-2105” və “VAZ-2107” kimi "Jiquli" avtomobillərinin istehsalını bərpa etmək onların dizaynı köhnəldiyi üçün mümkün deyil.

Lent.az xəbər verir ki, bu barədə Rusiyanın “AvtoVAZ” şirkəti telegram kanalında məlumat yayıb:

“Klassiklərin qaytarılması mümkün deyil, çünki kompakt sinif avtomobillər üçün bu tərtibat köhnəlib. Ön təkərlər texnoloji cəhətdən daha inkişaf etmiş, daha təhlükəsizdir və kuzov sahəsindən daha səmərəli istifadə etməyə imkan verir. Klassik avtomobillər üçün istehsal xətləri və avadanlıqların çoxdan yoxa çıxdığını qeyd etməmək olmaz. Əgər onlar təzədən hazırlanırsa, köhnə dizaynı təkrar etməyin nə mənası var? Əgər siz yeni dizayn edirsinizsə, o zaman müasir olmalıdır”.

Qeyd edək ki, “VAZ-2105/2107” “Jiquli” dünyada ən populyar avtomobillər siyahısında yeddinci yeri tutur. İxrac modeli “Lada Riva” adlanıb. Ümumilikdə bu maşınlardan 18 milyon ədəd istehsal edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 31038
avatar

Oxşar yazılar