Böyükşor-Pirşağı yolunun tikintisində  FACİƏ:  usta öldü
01 oktyabr 2024 15:00 (UTC +04:00)

Böyükşor-Pirşağı yolunun tikintisində FACİƏ: usta öldü

Bakıda körpü tikintisi zamanı usta ölüb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Pirşağı qəsəbəsində baş verib.

Körpü tikintisi zamanı 54 yaşlı Qasımov Yaşar Əli oğlunun üzərinə beton panel aşıb. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ərazidə Böyükşor-Pirşağı yolu çəkilir. Sözügedən körpü də həmin layihə çərçivəsində inşa olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1203
avatar

Mehman Nəbiyev

Oxşar yazılar