Fransada bıçaqlanan keçmiş prokuror Vidadi İsgəndərli dünyasını dəyişib.
Lent.az xəbər verir ki, bu barədə jurnalist Qənimət Zahid sosial şəbəkədə məlumat yayıb.
Qeyd edək ki, hadisə sentyabrın 29-da Mülyuz (Mulhouse) şəhərində baş verib. Vidadi İsgəndərli səhər saatlarında naməlum adamların hücumuna məruz qalıb. Hücum edənlər səhər saat 07:30-da onun yaşadığı evin pəncərəsini qıraraq içəri giriblər və Vidadi İsgəndərliyə çoxsaylı bıçaq zərbələri vurublar.